“Exo Moskvı” (“Эхо Москвы”) radiostansiyası Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundovun “İosif Orbelinin kitabının yoxa çıxması səbəbləri haqqında” (“О причинах исчезновения книги Иосифа Орбели”) kitabçası və “Elan olunmayan müharibə”(“Необъявленная война”) kitabını Ermənistanın baş naziri Nikol Paşinyan və onun həyat yoldaşı Anna Akopyana təqdim etdək xahişini yerinə yetirib.
“Sentyabrın əvvəlində “Exo Moskvı” radiostansiyası həmin nəşrləri N.Paşinyan və A.Akopyana çatdırıb. Bu barədə Aleksey Venediktov (radiostansiyanın baş redaktoru - İF) məlumat verib”, - F.Axundov “İntrerfaks-Azərbaycan” agentliyinə bildirib.
Xəbər verildiyi kimi, avqustun 30-da “Exo Moskvı” radiostansiyasının efirində müsahibə zamanı F.Axundov radiostansiyadan “İosif Orbelinin kitabının yoxa çıxması səbəbləri haqqında” (“О причинах исчезновения книги Иосифа Орбели”) kitabçası, o cümlədən “Elan olunmayan müharibə”(“Необъявленная война”) kitabını Qanzasarın tarixi və Ermənistan-Azərbaycan münaqişəsinə dair biliklərini artırmaq məqsədilə N.Paşinyan və A.Akopyana təqdim etməyi xahiş edib.
F.Axundov nəşrlərin çatdırılmasına görə A.Venediktova minnətdarlığını bildirib. Onun rəyinə görə, indi Ermənistanın baş nazirinə məlumdur ki, ötən əsrin 80-ci illərin sonunda Ermənistandan qovulma zamanı onlarla azərbaycanlı həlak olub. **
A.Əzizov