2018-ci ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 34 mlrd. 786,3 mln. manat təşkil edib ki, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 9,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Cari ilin yanvar-avqust aylarının yekunları üzrə orta illik inflyasiya 2,7 % təşkil edib.
Statistik məlumatlara görə, hesabat dövründə əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 8,5% - 3 min 548,1 manatadək artıb.
Bu dövrdə bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 31 mlrd. 930 mln. manat qalır ki, bu da 2017-ci ilin yanvar-avqust aylarının göstəricisindən 9,9% çoxdur.
2017-ci ildə əhalinin nominal pul gəlirləri 8,3% artıb.**
B.Rüstəmbəyov