2018-ci ilin yanvar-iyul aylarında $178 mln. 988,9 min dəyərində yük avtomobilləri idxal olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,1 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Hesabat dövründə respublikaya 10,402 ədəd yük avtomobili (artım 2,7 dəfə) idxal olunub”, - hökumətdən qeyd ediblər.
O cümlədən, 7 ay ərzində Azərbaycana $19 mln. 201,1 min məbləğində (artım 2,2 dəfə) 1,157 min ədəd yük avtomobili idxal olunub (artım 2,2 dəfə).
Bundan başqa, cari ilin yanvar-iyul aylarında ölkəyə $4 mln. 431 min dəyərində (azalma 37,8%) 69 ədəd avtobus idxal olunub (azalma 43,9%). **
B.Rüstəmbəyov