Hava Nəqliyyatında Baş Gömrük İdarəsininƏməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları 154 qram çəkisi olan zərgərlik məmulatının qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilir.
“İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Vətəndaşın əl çantasından əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş zərgərlik məmulatları aşkar olunub”, - məlumatda deyilir.
İçərisində 7 ədəd üzük, 7 cüt sırğa, 5 ədəd qolbaq, 3 ədəd kulonlu boyunbağı olan sellofan paketi şalvarının arxa cibindən çıxararaq gömrük əməkdaşına təqdim edilib.
Faktla bağlı araşdırma aparılır. **
A.Əzizov