Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 18-də Masallı rayonunda çəltik emalı müəssisəsinin açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Müəssisə “Masallı - Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilib.
Müəssisənin direktoru Ağamirzə Kərimovun sözlərinə görə, istehsalat sahəsinin aylıq emal gücü 300 ton, düyü qurutma gücü isə 900 tondur. Gələcəkdə müəssisənin gücünün iki dəfə artırılması nəzərdə tutulub.
Çəltik təsərrüfatının ümumi sahəsi isə 60 hektardır.
Ərazidə 400 tonluq anbar da inşa olunub.
Emal edilən düyünün daxili bazarda satışı və “Made in Azerbaijan” brendi kimi xarici bazarlara çıxışı planlaşdırılır. **
F.İsazadə