2018-ci ilin yanvar-avqust aylarında Azərbaycanda tikinti materiallarının istehsal həcmi 382,2 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 31,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada 2 mln. 250,4 min tonadək sement (artım 21,4%), 925,4 min tonadək hazır beton qarışığı (artım 2,1 dəfə), 187,6 min kubmetrədək tikinti kərpici (artım 0,5%), 19 min 945 tonadək işlənmiş mərmər, əhəng daşı, alebastr və onlardan hazırlanmış məmulatlar (artım 58,3%), 19,5 min tonadək tikinti əhəngi (artım 21,5%) istehsal olunub.
Bu ilin yanvar-avaqust aylarında tikinti gipsi istehsalında 39,5% - 38,4 min tonadək, beton konstruksiya istehsalında 57,5% - 50,9 min kubmetrədək, sement, süni daş və betondan tikinti blokları və kərpic istehsalında 27,1% - 55,6 min tonadək azalma qeydə alınıb.**
B.Rüstəmbəyov