2018-ci ilin yanvar-iyul aylarında Azərbaycana kondisioner idxalı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,2% - 99,185 min ədədə qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $23 mln. 810,4 min məbləğində qiymətləndirilir (2017-ci ilin yanvar-iyul ayları ilə müqayisədə artım 32%)”, - məlumatda bildirilir.
Yanvar-iyul aylarında Azərbaycana $36 mln. 444 min (azalma 8,9%) dəyərində 227,9 min ədəd (artım 4,1%) hesablama maşını, blok və qurğusu idxal olunub.
Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 29,2% - 91,997 min ədədə qədər artıb. İdxalın ümumi dəyəri $16 mln. 404,5 min (artım 40,6%) təşkil edir.**
B.Rüstəmbəyov