2018-ci ilin yanvar-avqust aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 7,6% - 2 mlrd. 92,6 mln. manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə avtomobil benzini istehsalı 3% - 807 min tonadək, birbaşa qovulan benzin istehsalı 21,6% - 151,4 min tonadək, kerosin istehsalı 6,5% - 418 min tonadək, dizel yanacağı istehsalı 12% - 1 mln. 361,9 min tonadək, sürtkü yağı istehsalı 2,5 dəfə - 58 min tonadək, neft bitumu istehsalı 47,2% - 192,5 min tonadək, neft koksu istehsalı 26,5% - 173,5 min tonadək artıb.
Hesabat dövründə yalnız soba mazutu istehsalında 79,8% - 50,9 min tonadək azalma qeydə alınıb.
Hazırda Azərbaycanda Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir.**
N.Abbasova