2017-ci ildə “Azərkosmos” ASC “Azerspace-2” peykinin orbitə buraxılmasına dair müqavilə üzrə Fransanın “Arianespace S.A.” şirkətinə $63 mln. ödəyib. Bu barədə “İnterfaks-Azərbaycan”
agentliyinə Hesablama Palatasından məlumat verilib.
"Azerspace-2" milli telekommunikasiya peykinin orbitə buraxılması üçün “Ariane-5”daşıyıcıraketinin hazırlanması məqsədilə 2017-ci ildə “Azərkosmos” “Azerspace-2” peyki orbitə buraxılması üçün “Arianespace S.A.” şirkətinə $63 mln. məbləğində ödəniş həyata keçirib”, - Palatadan qeyd olunub.
Məlumata əsasən, bu vəsait “Azərkosmos”un əsaslı xərcləri kimi rəsmiləşdirilib.
"Azerspace-2" milli telekommunikasiya peykinin 2018-ci il sentyabrın 25-də orbitə buraxılması nəzərdə tutulub. **
N.Abbasova