Azərbaycan prezidenti İlham Əliyev Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi (81 km)–Biləsuvar avtomobil yolunun yenidən qurulması məqsədilə Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 mln. manat ayırmağı tapşırıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Vəsait Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan prezidentinin ehtiyat fondundan ayrılacaq.
İ.Əliyevin müvafiq sərəncamı çərşənbə axşamı dövlət başçısının saytında dərc olunub. **
B.Rüstəmbəyov