Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti qoşunların təmas xəttində yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb.
“Cəbhənin bu istiqamətindəki əməliyyat şəraiti barədə ətraflı məruzələri dinləyən Z.Həsənov üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib”, - nazilriyin mətbuat xidməti məlumat verir.
Dağlıq ərazidə və çətin iqlim şəraitində düşmənlə qarşıdurma xəttində yerləşən bölmələrdə hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanıb.
“Müdafiə naziri qış mövsümünə zəruri hazırlıq işlərinin vaxtında və keyfiyyətlə icra edilməsi barədə vəzifəli şəxslərə konkret tapşırıqlar verib”, - məlumatda qeyd olunur.
Z.Həsənov xidmətdə fərqlənən bir qrup hərbçiyə Ali Baş Komandan adından qiymətli hədiyyələr təqdim edib. **
F.İsazadə