Azərbaycanda 787 min 463,73 manat nizamnamə kapitalı ilə “QərbiKaspiConsulting” MMC-ni dövlət qeydiyyatına alınıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Vergilər Nazirliyindən məlumat verilib.
“Avqustun 3-də Vergilər Nazirliyi “QərbiKaspiConsulting” MMC-ni dövlət qeydiyyatına alıb. Şirkətin nizamnamə kapitalı 787 min 463,73 manata bərabərdir”, - nazirliyi materiallarında qeyd olunur.
Bundan başqa, iyulun 31-də nazirlik 70 min manat nizamnamə kapitalı ilə “Confirex” MMC-ni dövlət qeydiyyatına alıb. MMC-nin rəsmi nümayəndəsi Tərlan Əsədullayevdir. **
A.Əzizov