2018-ci ilin yanvar-iyul aylarında Azərbaycana 174,4 min ton mineral gübrə idxal edilib ki, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 77% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Yanvar-iyul aylarında ölkəyə idxal olunan mineral gübrələrin ümumi dəyəri $48 mln. 710,9 min (artım 79,8%) təşkil edib”, - məlumatda bildirilir.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycana $6,733 mln. dəyərində (artım 73,9%) 27,859 min ton (artım 59,4%) sement və sement klinkeri idxal edilib.
Yanvar-iyul aylarında respublikaya $28 mln. 911 min dəyərində (artım 77,7%) 22,535 min ton (artım 60%) polietilen idxal edilib.
Hesabat dövründə Azərbaycana $187 mln. 765 min dəyərində 159,1 min ton (azalma 2,2%) metalyayma məhsulu, $51 mln. 377 min dəyərində 84,496 min ton (artım 27,3%) qara metaldan hazırlanan çubuqlar, $17 mln. 347 min dəyərində 20,626 min ton (azalma 7,3%) qara metaldan hazırlanan günyə, $220 mln. 967 min dəyərində (artım 2,3 dəfə) 117,3 min ton (artım 2 dəfə) qara metaldan hazırlanan boru idxal edilib.**
B.Rüstəmbəyov