2018-ci ilin yanvar-avqust aylarında Azərbaycanda bankların ümumi xalis mənfəəti 103,8 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 3,4 dəfə azdır. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatında deyilir.
2018-ci ilin yanvar-avqust aylarında bankların faiz gəlirləri 1 mlrd. 138,4 mln. manat (2017-ci ilin yanvar-avqust ayları ilə müqayisədə azalma 12% - İF), o cümlədən verilmiş kreditlər üzrə 791,9 mln. manat (azalma 16,4%) təşkil edib.
Hesabat dövründə bankların qeyri-faiz gəlirləri 347,8 mln. manat (azalma 35,3%) məbləğində olub.
Yanvar-avqust ayları ərzində bankların faiz xərcləri 394,1 mln. manat (azalma 37,9%), o cümlədən depozitlər üzrə 258,1 mln. manat (artım 1,8%), qeyri-faiz xərcləri 651,2 mln. manat (artım 3,3%) təşkil edib.
8 ayın yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 441 mln. manat (azalma 22,1%), mənfəət vergisi üzrə ödənişlər 21,5 mln. manat məbləğində olub. Hesabat dövründə banklar ehtiyatların yaradılmasına 316,4 mln. manat yönəldib. Nəticədə, cari ilin yanvar-avqust aylarında bank sektorunun xalis mənfəəti 103,8 mln. manat təşkil edib.
Xəbər verildiyi kimi, 2017-ci ildə Azərbaycanda bankların xalis mənfəəti 883,6 mln. manat təşkil edib.**
A.Əzizov