31 avqust 2018-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 28 mlrd. 127,8 mln. manat təşkil edir. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
Xəbər verildiyi kimi, 1 yanvar 2018-ci il tarixinə bankların aktivləri 27 mlrd. 921 mln. manat məbləğində olub. Beləliklə, 2018-ci ilin yanvar-avqust aylarında bankların aktivləri 0,7% artıb.
Avqustun 31-nə bankların kredit portfeli 11 mlrd. 905,5 mln. manat (bu ilin yanvar-avqust artım 5% - İF) təşkil edir.
Qeyd olunan tarixə Azərbaycanda bankların ümumi kapitallaşması 4 mlrd. 49,6 mln. manat (artım 9,2%) təşkil edir.
2018-ci ilin sentyabr ayının əvvəlinə bankların öhdəlikləri 24 mlrd. 77,5 mln. manata (azalma 0,6%), Mərkəzi Bank qarşısında öhdəlikləri 410,4 mln. manata (azalma 19,8%) bərabərdir.
31 avqust 2018-ci il tarixinə respublikada 30 bank fəaliyyət göstərir. Bu bankların 15-i xarici kapitallıdır.
Avqust ayının sonuna bankların 511 filialı və 143 şöbəsi var.
Azərbaycanın bank sektorunda 16,928 min nəfər (8 ay ərzində artım 4,7%) çalışır.**
A.Əzizov