31 avqust 2018-ci il tarixinə Azərbaycanda əhalinin bank əmanətləri 7 mlrd. 939,9 mln. manat təşkil edir. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
2017-ci ilin sonuna banklarda əhalinin əmanətləri 7 mlrd. 542,5 mln. manat məbləğində qiymətləndirilib. Beləliklə, cari ilin yanvar-avqust aylarında əhalinin bank əmanətləri 5,3% artıb.
Avqustun 31-nə əhalinin bank əmanətlərinin strukturunda müddətli əmanətlərin həcmi 5 mlrd. 691,8 mln. manat (yanvar-avqust aylarında artım 9,7% - İF), tələbli əmanətlərin həcmi 2 mlrd. 248,1 mln. manat (azalma 4,5%) təşkil edib.
2018-ci il avqust ayının sonuna banklarda hüquqi şəxslərin depozitləri 9 mlrd. 406,9 mln. manat (yanvar-avqust aylarında artım 0,6%) məbləğində olub.
Keçən ayın 30-na banklarda əmanət və depozitlərin ümumi həcmi 17 mlrd. 346,8 mln. manat (artım 2,7%) təşkil edib.**
A.Əzizov