Sentyabrın 27-dənetibarən “Bakı Metropoliteni” QSC-nin“Xətai” stansiyası təmir-bərpa və quraşdırma işləri ilə əlaqədar bağlanır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə QSC-dən məlumat verilir.
“Həmçinin "Cəfər Cabbarlı-Xətai" istiqamətində və əksinə olmaqla, sərnişin qatarlarının hərəkəti dayandırılacaq.Bütün təmir-bərpa və quraşdırma işlərinin gələn ilavuqstun 10-dabaşa çatdırılması nəzərdə tutulub”, - məlumatda qeyd olunur.
Həmçinin təmir-bərpa işləri zamanı istismar müddəti başa çatan eskalatorlar yeniləri ilə əvəzlənəcək. Bundan əlavə, stansiyanın köhnəlmiş qurğu və avadanlıqları müasir tələblər səviyyəsinə çatdırılacaq, stansiyanın yerüstü vestibülünün döşəmə və divar üzlükləri yenilənəcək.
“Təmir dövründə stansiyasında istifadədə olan "LT-2" tipli 3 eskalator söküləcək. Onların əvəzinə Almaniyanın "Thyssen Krupp Fahrtreppe" şirkətinin "Viktoriya Tube" tipli 4 eskalatoru quraşdırılacaq. Dərin özüllü stansiya bir giriş-çıxışlı olduğundan, quraşdırılacaq 4 eskalator sərnişin axınının sürətini daha rahat tənzimləməyə, təhlükəsizliyi gücləndirməyə imkan verəcək”, - məlumatda vurğulanır.
"Xətai" stansiyası 1968-ci ildə istismara verilib. **
B.Rüstəmbəyov