Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı region ölkələrini iqtisadi əməkdaşlıq üçün mövcud potensialdan məhrum edir. Xarici İşlər Naziri Elmar Məmmədyarov belə hesab edir.
“Təhlükəsizlik və sabitliyin qorunması Avrasiyada inklüziv rəqəmsal inkişafa nail olmaq üçün vacib bir şərtdir. Lakin hazırkı reallıqlar şəraitində, Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmışərazilərinin davam edən işğalı genişmiqyaslı regional əməkdaşlığın inkişafına və eləcə də nəinki Azərbaycanda, habelə bütövlükdə regionda davamlı inkişafın əldə olunmasında bizim imkanlarımızıməhdulaşdırır və daraldır”, - E.Məmmədyarov Tianjin şəhərində Dünya İqtisadi Forumu tərəfindən keçirilən yeni çempionların illik görüşündə çıxışında bildirib.
Nazir qeyd edib ki, işğalçı siyasət “Ermənistanın özünü regiondakı iqtisadi artım və ticarət imkanlarından məhrum edir”. “Beləliklə, biz hələ daha da geniş əhatəli və hərtərəfli iqtisadi əməkdaşlığa keçmək üçün regionumuzun mövcud potensialdan tam şəkildə istifadə edə bilmirik”, - E.Məmmədyarov əlavə edib. **
F.İsazadə