Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Avstriya Nəqliyyat, İnnovasiya və Texnologiya üzrə Federal Nazirliyi arasında Niyyət Memorandumu imzalanıb. Bu barədə nazirlikdən məlumat verilir.
Sənədi Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Avstriyanın vitse-kansleri Haynts-Kristian Ştraxe imzalayıblar.
“Həmçinin görüşdə ölkələrimiz arasında müvafiq sahələrdə əlaqələri intensivləşdirmək məsələlərini müzakirə olunub və birgə layihələrin icrası məqsədilə işçi qrupunun yaradılmasının vacibliyi vurğulanıb”, - məlumatda deyilir. **
B.Rüstəmbəyov