Oktyabrın əvvəlində “BP-Azerbaijan” şirkəti Mərkəzi Şərqi Azəri layihəsinin Ətraf Mühitə və Sosial Sahəyə Təsirinin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədi üzrə ictimai dinləmələr keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Şirkətdən qeyd olunub ki, “BP-Azerbaijan” Ətraf Mühitə və Sosial Sahəyə Təsirinin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantını hazırlayıb və www.bp.com/caspian saytında dərc edib.
Mərkəzi Şərqi Azərilayihəsi AÇG müqavilə sahəsinin işlənməsinin növbəti mərhələsini əks etdirir.
Mərkəzi Şərqi Azəri layihəsi suyun 137 metr dərinliyində Mərkəzi Azəri və Şərqi Azəri platformaları arasında yerləşdiriləcək yaşayış bloklu hasilat və qazma platformasının tikintisi; üç yeni yataqdaxili sualtı qaz, neft və suvurma boru xətti birləşmələri və əlaqədar sualtı infrastrukturun quraşdırılması; Şərqi Azəri platformasından Mərkəzi Şərqi Azəri platformasına istiqamətlənən birləşdirilmiş sualtı enerji (ehtiyat) və telekommunikasiya kabelinin çəkilməsini nəzərdə tutur. **
N.Abbasova