Azərbaycan prezidenti İlham Əliyev Quba rayonunun İdrisqışlaq–Qasımqışlaq–Xaspolad–Zərqava–Aspərəsti–Çayqışlaq avtomobil yolunun tikintisi ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə 10,8 mln. manat ayırmağı tapşırıb.
Avtomobil yolu altı min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirir.
Vəsait Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündən ayrılacaq.
Çərşənbə günü dövlət başçısının saytında İ.Əliyevin müvafiq sərəncamı dərc olunub. **
B.Rüstəmbəyov