Azərbaycanın neft-qaz sektoruna xarici şirkətlərlə PSA tipli müqavilələr çərçivəsində ümumi investisiyaların həcmi $80,3 mlrd. təşkil edib. Bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev qeyd edir.
“Hazırda SOCAR və törəmə strukturları PSA tipli 19 müqavilə və 2 Risk Xidmət Sazişinin iştirakçılarıdır. 15 ölkədən 24 xarici şirkət tərəfdaşımızdır. 1995-2018-ci illərdə xarici podratçılar tərəfindən Azərbaycanın neft-qaz sektoruna $80,3 mlrd. məbləğində investisiya qoyulub”, - R.Abdullayev “Neftçilər Günü” münasibətilə rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edir.
O qeyd edib ki, son 10 il ərzində SOCAR öz biznes portfelini mühüm dərəcədə diversifikasiya edib. “Bu gün şirkət nəinki Azərbaycanda, həm də xaricdə əməliyyatlar həyata keçirir. Bu məqsədlə 2007-ci ildə SOCAR İsveçrədə SOCAR Trading şirkətini təsis edib. Şirkət 2017-ci ildə 104 mln. ton neftin alqı-satqısı üzrə əməliyyatlar həyata keçirib. Bunun 24 mln. tonu Azərbaycan neftinin payına düşüb”, - R.Abdullayev vurğulayıb. **
A.Əzizov