NATO baş katibinin müavini Rouz Hotemüller Ermənistan və Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə səyləri artırmağa çağırıb.
“Biz ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyirik və Azərbaycan və Ermənistan hakimiyyətlərini münaqişənin sülh yolu ilə həlli üçün səy göstərməyə çağırırıq”, - R.Hotemüller bu gün jurnalistlərə bildirib.
O, həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb. **
F.İsazadə