SOCAR şirkəti karbamid zavodunda istehsal olunan məhsulun üçdə iki hissəsini Türkiyəyə ixrac etməyi planlaşdırır. Bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev qeyd edib.
“2018-ci ilin sonuna qədər Karbamid zavodu istifadəyə veriləcək. Əsaslı layihələndirmə, satınalma və tikinti-montaj işləri 100% tamamlanıb, bütün avadanlıqlar quraşdırılıb”, - R.Abdullayev “Neftçilər Günü” münasibətilə “Azərbaycan” qəzetindəki məqaləsində bildirib.
O vurğulayıb ki, yaxın müddətdə zavodun ammonyak və karbamid istehsalı sahələrində sınaq-sazlama işlərinin aparılması nəzərdə tutulur.
Zavodun istehsal gücü illik 650-660 min ton karbamid məhsuluna hesablanıb. Bu həcm ölkənin illik karbamid tələbatını təmin etməyə yetəcək, məhsulun üçdə iki hissəsi Türkiyəyə ixrac ediləcək.
A.Əzizov