Azərbaycan qazının Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması Balkan ölkələrinin qaza olan tələbatını 50%-dək təmin edəcək. Azərbaycanın energetika naziri Pərviz Şahbazov belə hesab edir.
“CQD” Avropanın enerji təhlükəsizliyini təmin edən layihədir. Bu layihə Balkan ölkələrinin qaza olan tələbatını 40-50% ödəməyə imkan yaradacaq”, - P.Şahbazov bu gün Bakıda keçirilən 7-ci Beynəlxalq “Caspian Energy Forum Baku – 2018” tədbirində çıxışında bildirib.
Onun sözlərinə görə, həmçinin “CQD” İtaliyanın qaza olan tələbatının 10%-i təmin edəcək. “Sonrakı mərhələdə o İtaliya üçün yeni qaz qovşağına çevriləcək”, - nazir əlavə edib. **
B.Rüstəmbəyov