Çininxarici işlər naziri Van İ bəyan edib ki, Pekin Azərbaycan ilə birgə Avrasiyada nəqliyyat-kommunikasiya layihələrini həyata keçirmək niyyətindədir.
Bu barədə Van İ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüş zamanı bildirib.
“E.Məmmədyarovla görüşdə Van İ bəyan edib ki, Çin gələn il Azərbaycanın Qoşulmama hərəkatında sədrliyini dəstəkləyir və ölkəmizlə birlikdə inkişaf edən ölkələrin maraqları və beynəlxalq ədaləti müdafiə etmək niyyətindədir. Çin Azərbaycanla birgə Avrasiyada nəqliyyat-kommunikasiya sahəsində qarşılıqlı əlaqə həyata keçirəcək”, - Çinin "Sinhua" xəbəragentliyi qeyd edir.
Bundan əlavə, tərəflər humanitar mübadiləni sıx şəkildə təmin etməyi və təhlükəsizlik sahəsində əməkdaşlığı möhkəmləndirməyə dair razılığa gəliblər.
Öz növbəsində, E.Məmmədyarov bildirib ki, Azərbaycan özünü Çinin təşəbbüskarı olduğu “Bir kəmər, bir yol” layihəsinin bir hissəsi hesab edir. **
A.Əzizov