2018-ci il sentyabrın sonunadək Türkiyənin "Petkim Petrokimya Holding" neft-kimya kompleksi "Rafineri Holding A.S." müəssisinin səhmərinin 30%-nin alışına görə “SOCAR Turkiye Enerji A.S." şirkətinə $240 mln. məbləğində ödəniş edəcək. Bu barədə “Petkim”dən məlumat verilir.
“30 sentyabr tarixinə qədər "Petkim Holding" "Rafineri Holding A.S."-nin sıhmlərinin 30%-nin alışına görə “SOCAR Turkiye Enerji A.S."-yə $240 mln. məbləğində ikinci ödəniş edəcək”, - Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında dərc olunan holdinqin məlumatında deyilir.
Bu qərar STAR NEZ-in istismara verilməsi üçün sınaq işlərinə başlanıldığına görə qəbul olunub. Bu da 2018-ci ilin yanvar ayında “Rafineri Holding A.S”-nin səhmlərinin alqı-satqısına dair müqavilənin şərtidir.
Xəbər verildiyi kimi, yanvarın 9-də "Petkim Holding" "SOCAR Turkey Enerji A.Ş"dən "Rafineri Holding"in 30% hissəsini 720 mln. ABŞ dollarına satın almaqla bağlı saziş imzalayıb. Bu sazişlə, "Petkim" STAR-da dolayı olaraq 18% pay sahibi olur. Sövdələşmənin 2019-cu il martın 31-də başa çatması nəzərdə tutulur.
$240 mln. məbləğində ilik tranş səhmlərin alqı-satqısına dair saziş imzalanandan dərhal sonra ödənilib. $240 mln. məbləğində üçüncü tranş STAR NEZ-in tikinti layihəsi tam başa çatdıqdan sonra ödəniləcək. **
N.Abbasova