Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi arasında xarici iqtisadi fəaliyyət məsələlərinə dair informasiya mübadiləsi qurulub. Bunu DGK-nin sədr müavini İqbal Babayev deyib.
“DGK və Vergilər Nazirliyi ixrac-idxal əməliyyatları məsələlərinə dair tam informasiya mübadiləsini təmin ediblər”, - İ.Babayev bu gün Bakıda keçirilən 7-ci Beynəlxalq “Caspian Energy Forum Baku – 2018” tədbirində çıxışında bildirib.
Onun sözlərinə görə, hazırda malların gömrükdən keçirilməsi zamanı bütün məlumatlar Vergilər Nazirliyinə ötürülür. “Öz növbəsində, DGK da Vergilər Nazirliyindən bütün məlumatları alır”, - İ.Babayev qeyd edib.
O əlavə edib ki, gələcəkdə Maliyyə Nazirliyi ilə informasiya mübadiləsinin qurulması planlaşdırılır. **
B.Rüstəmbəyov