Dövlət Gömrük Komitəsi gömrük sahəsində islahatların birinci mərhələsini başa çatdırıb. Bunu DGK-nin sədr müavini İqbal Babayev deyib.
“DGK gömrük sahəsində islahatların birinci mərhələsini başa çatdırıb. Bu mərhələyə struktur islahatlarının həyata keçirilməsi daxil olub”, - İ.Babayev bu gün Bakıda keçirilən 7-ci Beynəlxalq “Caspian Energy Forum Baku – 2018” tədbirində çıxışında bildirib.
Onun sözlərinə görə, gömrük orqanlarında 3,5 min əməkdaş çalışır. Həyata keçirilən islahatlar onların hər birinə şamil olunub, rotasiya həyata keçirilib, rəhbər əməkdaşların sayı azaldılıb.
İ.Babayev əlavə edib ki, DGK-nin islahatlarının ikinci mərhələsi kadr potensialının gücləndirilməsinə yönəlib. **
B.Rüstəmbəyov