2018-ci ilin əvvəlindən Azərbaycanda banklar 3,7 mlrd. manat məbləğində kreditlər verib, bunun 2 mln. manatı biznes kreditlərin payına düşüb. Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının başicraçı direktoru İbrahim Alışov deyib.
“2017-ci ilin dördüncü rübündən etibarən Azərbaycanda bank sektorunun fəallığı bərpa olunub”, - İ.Alışov bu gün Bakıda keçirilən 7-ci Beynəlxalq “Caspian Energy Forum Baku – 2018” tədbirində çıxışında bildirib.
Onun sözlərinə görə, əhalinin, xüsusilə milli valyutada əmanətlərinin artımı müşahidə edilir. “Bundan başqa, dedollarlaşma prosesidavam edir. Xüsusilə, əmanətlər üzrə onun səviyyəsi 77%-dən 62,8%-dək azalıb”, - İ.Alışov qeyd edib.
“Cari il banklar tərəfindən 3,7 mlrd. manat məbləğində kreditlər verib, bunun 2 mln. manatı biznes kreditlərin payına düşüb. Kreditlərin 70%-i milli valyutada verilib”, - o vurğulayıb.
İ.Alışov əlavə edib ki, cari ilin əvvəlindən banklara əsaslı daxilolmalar 348 mln. manat həcmində qiymətləndirilir. **
B.Rüstəmbəyov