Maliyyə Nazirliyi 2019-cu il dövlət büdcəsinin layihəsini Nazirlər Kabinetinə təqdim edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirliyin ictimaiyyətlə əlaqələr Departamentinin müdiri Mais Piriyev deyib.
“Maliyyə Nazirliyi 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün (2020-2022-ci illər - İF) icmal büdcənin proqnozlarını Nazirlər Kabinetinə təqdim edib”, - M.Piriyev bildirib.
Onun sözlərinə görə, qanunvericiliyə əsasən, Nazirlər Kabineti 2019-cu il dövlət büdcəsinin layihəsini sentyabrın 25-dək müzakirə edib Azərbaycan prezidentinə təqdim etməlidir.
Azərbaycan dövlət büdcəsinin 2018-ci il üçün gəlirləri 22 mlrd. 149 mln. manat, xərcləri 23 mlrd. 100 mln. manat həcmində təsdiq olunub. Dövlət büdcəsinin kəsiri 951 mln. manat və ya ÜDM-in 1,3% səviyyəsində proqnozlaşdırılır. **
A.Əzizov