“Azərpoçt” MMC və Çin Xalq Respublikası Sənaye və Kommersiya Federasiyası birgə yeni e-ticarət platformasının yaradılmasını planlaşdırır. Platforma Azərbaycan vətəndaşlarına operativ xidmətlərin gösətilməsini nəzərdə tutur.
Bu platformanın yaradılması təşəbbüsü ilə Çinin Sənaye və Kommersiya Federasiyasının sədri Donq Yancun“Azərpoçt”un nümayəndələri ilə görüş zamanı çıxış edib. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilir.
Çin tərəfinin qiymətləndirmələrinə görə, bu cür platformanın yaradılması e-ticarət ilə məşğul olan şirkət və xidmətlərin sayının çox olması şəraitində əlverişlidir.
Bundan əlavə, görüşdə Çində sifariş olunan e-ticarət mallarının bu ölkənin kuryer şirkətləri tərəfndən “Silk Way” aviaşirkəti vasitəsilə Azərbaycana gətirilməsi məsələsi müzakirə olunub.
“Görüşün yekunlarına dair birgə yeni planların reallaşdırılmasına dair razılıq əldə olunub və müvafiq sənədlər imzalanıb”, - məlumatda qeyd edilir. **