Dövlət Təhlükəsizlik Xidməti müasir Ermənistanın dövlət ideologiyasının nasist mənşəli olduğunu təsdiq edən keçmiş SSRİ-nin xüsusi xidmət orqanlarının məxfi arxiv sənədlərini yayıb.
Bu gün Bakıda “Ermənistan: Faşizm tüğyan edən ölkə” mövzusunda təqdimat keçirilib. Təqdimatı məxfi sənədlər əsasında təhqiqat aparan rusiyalı tarixçi və hüquqşünas Oleq Kuznetsov keçirib.
“Bu gün Ermənistanda vəziyyət 18 dekabr 2013-cü il tarixində BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində qəbul edilmiş “Faşizmin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə” adlı dövrü qətnaməyə ziddir. Qeyd etmək lazımdır ki, Ermənistanla bərabər Rusiya da bu sənədin qəbul edilməsinin təşəbbüskarı olub. Lakin bundan sonra baş verən hadisələr İrəvanın hərəkətlərinin səmimi olmasını sual altına qoyur”, - O.Kuznetsov bildirib.
Onun sözlərinə görə, söhbət Qaregin Njde və nasizmin digər tərəfdarlarının dövlət səviyyəsində Ermənistanda qəhrəmanlaşdırılması aktlarından gedir. Arxiv materiialrına istimad edərək O.Kuznetsov qeyd edir ki, Ermənistanda və Azərbaycanda ermənilər kompakt yaşadığı yerlərdə nazizm hələ sovet illərində qızışdırılıb. Lakin, bu proseslər 1935-ci ildən etibarən Xalq Daxili İşlərKomissarlığının diqqətini cəlb edib. Həmin vaxt “Daşnaksütun" partiyasının 12-ci qurultayı keçirilib.
Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının daxili işlər xalq komissarlığının dövlət təhlükəsizliyi idarəsinin 1935-ci il aprelin 7-nə aid olan 138 saylı sənədi var. Sənədin mahiyyəti ondan ibarətdir ki, 12-ci qurultaydan sonra “Daşnaksütun" partiyası daha açıq şəkildə milli-sosializm, yəni nasizm mövqeyinə keçməyə və erməni millətinin arilər olması nəzəriyyəsinin təbliğatına başlayıb. Həmçinin sənəddə deyilir ki, xaricdə yaşayan görkəmli ermənilərindən biri “Ermənilərin yeni nəslinə sözüm” («Мое слово к новому поколению армян») adlı məqalə dərc edib. Həmin məqalədə o açıq şəkildə erməni gənclərini “Hitler kimi hərəkət etməyə” çağırıb.
O.Kuznetsov vurğulayıb ki, İrəvanın ən görünən yerində Njdenin abidəsini ucaldan Ermənistan və Nikol Paşinyanın indiki inqilabi hakimiyyəti dövründə ideologioya kimi nasist nəzəriyyəsindən əl çəkməyib. Hüquqşünas hesab edir ki, Rusiya və anti-faşist ənənələri olan digər ölkələr İrəvanın nasisit meyllərinə qarşı daha diqqətli olmalıdır.
Yekunda O.Kuznetsov məlumat verib ki, yaxın gələcəkdə müasir Ermənistanda nasizmin əsaslarına dair yeni sensasiya xarakterli faktlar üzə çıxarılacaq. **
F.İsazadə