Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 20-də NATO baş katibinin müavini Rouz Qotemöllerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident İ.Əliyev bu ilin iyulunda NATO-nun Brüsseldə keçirilən Zirvə toplantısında Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstəyin ifadə olunması yüksək qiymətləndirdi.
Görüş zamanı Azərbaycan hərbçilərinin Əfqanıstandakı sülhməramlı əməliyyatlara verdiyi dəstək yüksək dəyərləndirildi, Əfqanıstana daşımalar sahəsində Azərbaycanın rolu xüsusi vurğulandı,, həmçinin ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək dəyərləndirildi. **
B.Rüstəmbəyov