Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək üçün Nyu-Yorka işgüzar səfərə yola düşüb.
“Azərbaycan xarici işlər naziri E.Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 73-cü sessiyasının ümumi müzakirələrində iştirak etmək məqsədilə Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb”, - nazirliyin məlumatında deyilir.
Səfər çərçivəsində nazirin ikitərəfli görüşləri nəzərdə tutulur. **
F.İsazadə