Azərbaycanınxarici işlər nazirinin müavini Xələf Xələfov Ermənistanın yeni rəhbərliyini Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində konstruktiv mövqe tutmağa və Azərbaycan ərazilərinin işğaldan azad edilməsini təmin etməyə çağırıb.
XİN-in məlumatına görə, bu barədə X.Xələfov BMT İnsan Hüquqları Şurasının39-cu sessiyası çərçivəsində Universal Dövri İcmal üzrə Azərbaycan Respublikasının 3-cü dövri məruzəsinin müzakirəsi zamanı bəyan edib.
“X.Xələfov Ermənistan rəhbərliyini dövlətlərin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanımış sərhədlərinin pozulmamazlığı və ölkəmizin bütün işğal olunmuş ərazilərinin şərtsiz azad olunması əsasında münaqişənin həlli istiqamətində konstruktiv mövqe tutmağa çağırıb”, - məlumatda qeyd olunur.
O qeyd edib ki, Ermənistanın yeni rəhbərliyinin son bəyanatları “danışıqlar prosesini niyyətli olaraq pozur” və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının möhkəmləndirilməsinə xidmət edir və bununla regionu yeni təhlükələrlə üz-üzə qoyur.
“Nazir müavini bəyan etmişdir ki, danışıqlar prosesini pozulması və regionda gərginliyin artmasında tam məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”, - məlumatda bildirilir.
O cümlədən, X.Xələfov vurğulayıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının müvafiq qətnamələrinə məhəl qoymur.
Bu xüsusda,X.Xələfov BMT-nin İnsan Hüquqları Şurasını, eləcədə onun xüsusi mexanizmlərini və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarını BMT-ninTəhlükəsizlik Şurası və Baş Assambleyasının müaviq qətnamələrinə uyğun olaraq,azərbaycanlı qaçqın və məcburi köçkünlərinin pozulmuş hüquqlarının bərpası istiqamətində ciddi addımlar artmağa çağırıb. **
F.İsazadə