Yaxın günlərdə Azərbaycan «Azerspace-2» telekommunikasiya peykini orbitə buraxacaq. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Bir neçə gündən sonra Azərbaycanın üçüncü peyki orbitə buraxılacaq”, - İ.ƏIiyev bu gün Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclasda çıxışında bildirib.
Xəbər verildiyi kimi, Fransanın“Airanespace” şirkəti sentyabrın 25-də "Azerspace-2" telekommunikasiya peykini Ariane-5 raket daşıyıcısının köməyi ilə geostasionar orbitə buraxacaq.
«Azerspace-2» peyki artıq Fransız Qvianasında (Cənubi Amerikanın şimal-şərqi) yerləşən Kuru kosmodromuna gətirilib. **
F.İsazadə