Dağlıq Qarabağ Azərbaycanın suverenliyindən kənarda heç bir status əldə etməyəcək. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Ermənistan rəhbərliyi Qarabağ münaqişəsinin həlli üzrə siyasətinə ciddi dəyişikliklər daxil etməlidir. Azərbaycan öz prinsipial mövqeyini dəyişməyəcək, çünki Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır və heç zaman Azərbaycanın suverenliyindən kənarda heç bir status əldə etməyəcək”, - İ.Əliyev bu gün Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclasda çıxışında bildirib.
Ermənistan beynəlxalq təşkilatların münaqişənin həllinə dair qəqul etdiyi qətnamələrə məhəl qoymur və işğalçı siyasətini davam etdirir, deyə AzTV dövlət telekanalı dövlət başçısının sözlərindən sitat gətirir.
İ.Əliyev vurğulayıb ki, münaqişənin həllinin yeganə yolu Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsidir.
O cümlədən, dövlət başçısı qeyd edib ki, erməni təcavüzü nəticəsində Azərbaycanın işğal olunan ərazilərində bütün infrastruktur dağıdılıb, Azərbaycan xalqının milli sərvətləri talan edilib, azərbaycanlılara qarşı hərbi cinayətlər törədilib. **
F.İsazadə