Azərbaycan prezidenti İlham Əliyev və Bolqarıstan Xalq MəclisininsədriTsveta Karayançevaikitərəfli münasibətlərin genişlənməsi məsələləri müzakirə ediblər.
“T.Karayançevanın rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli tədbirlə əlaqədar Azərbaycanda səfərdədir. Azərbaycan prezidenti və Bolqarıstan parlamentinin sədri energetika, nəqliyyat, yeni texnologiyalar, mədəniyyət, idman və təhsil sahələrində münasibətlərin inkşafının vacib olmasına dair yekdil fikrə gəliblər”, - Xalq Məclisininmətbuat xidməti məlumat verir.
T.Karayançeva vurğulayıb ki, Bolqarıstan “Balkan” qaz habı layihəsinin reallaşdırılmasını davam etdirəcək. Həmçinin o qeyd edib ki, Bolqarıstanla Azərbaycan arasında əldə olunan saziş 2020-ci ilə 1 kubmetr Azərbaycan qazı əıldə etməyə imkan yaradacaq. “İ.Əliyev öz tərəfindən Azərbaycanla Bolqarıstan arasında əldə edilən razılıqları növbəti dəfə təsdiq edib”, - məlumatda vurğulanır.
İ.Əliyev və T.Karayançeva 2018-ci ilin yanvar ayında baş nazir Boyko Borisovun Bakıya səfərinin yekunlarını yüksək dəyərləndirərək iki ölkə arasında birbaşa hava əlaqəsinin açılmasının müsbət nəticələrini qeyd ediblər.
“Bolqarıstan Azərbaycanla münasibətlərinə önəm verir və onu regionda prioritet tərəfdaş kimi dəyərləndirir”, - T.Karayançeva qeyd edib. **
A.Əzizov