Gələn həftə Rusiya prezidenti Vladimir Putin Azərbaycana səfər edəcək. Bu barədə
RF Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov məlumat verib.
“Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri təxminən 25-27 sentyabr tarixində baş tutacaq”, - L.Kalaşnikov bu gün Bakıda keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Rusiya liderinin səfəri zamanı bir sıra ikitərəfli sazişlərin imzalanması planlaşdırılır.
L.Kalaşnikov əlavə edib ki, Azərbaycan və Rusiya prezidentəri Bakıdan Tacikistanda keçiriləcək MDB Dövlət Başçıları Sammitinə yola düşəcəklər. **
F.İsazadə