Hazırda Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına(KTMT) üzv olması praktiki olaraq mümkün deyil. RF Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikovbelə hesab edir.
“Mən, şəxsən Azərbaycanın KTMT-yə üzv olmasını alqışlayıram. Lakin bu praktiki olaraq mümkün deyil, çünki sənədlərin dəyişilməsi lazımdır”, - L.Kalaşnikov cümə günü Bakıda mətbuat konfransında bildirib.
O qeyd edib ki, üzv olmağa dair qərar konsensus əsasında qəbul edilir. “Lakin Ermənistan bu qərar ilə əlaqədar veto qoyacaq”, - L.Kalaşnikov qeyd edib.
Onun rəyinə görə, münaqişələrin həllinə dair dünyada yaradılan müxtəlif platformalar indiyədək özünü doğrultmayıb.
“Münaqişənin həlli üzrə tərkibində dünya oyunçularının olduğu ATƏT-in Minsk qrupu kimi formatlar təsis olunan kimi, onlar üzərinə qoyulan missiyanı yerinə yetirə bilmirlər”, - L.Kalaşnikov bildirib.
O vurğulayıb ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır. “ABŞ- a gəlincə isə, buna əmin deyiləm, çünki İran və Türkiyə yaxınlıqdadır ki, Vaşinqtonla onların arasında olan münasibətlərdə gərginlik var. Bu səbəbdən hər zaman qeyd etmişəm və fikrimi düzgün hesab edirəm - Qarabağ münaqişəsini yalnız Azərbaycan, Rusiya və Ermənistan - Əliyev, Putin və Paşinyan həll edə bilər”, - L.Kalaşnikov əlavə edib. **
F.İsazadə