Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Əhvaz şəhərində terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeriyə və İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəmiyə başsağlığı ünvanlayıb.
“Müqədəs Müdafiə həftəsi”nin başlanması münasibətilə dost İran İslam Respublikasının Xuzestan əyalətinin Əhvaz şəhərində keçirilən hərbi paradda törədilmiş xain terror aktı nəticəsində hərbi qulluqçuların və mülki şəxslərin həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi”, - başsağlığı məktudunda deylir.
Z.Həsənov qeyd edib ki, Azərbaycan bu dəhşətli hadisədən çox hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir.
Nazir həlak olanlara ,onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verib, yaralılara şəfa diləyib. **