Azərbaycan prezidenti İlham Əliyev Axvaz şəhərində terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə başsağlığı verib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Ölkənizdə törədilmiş terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi”, - başsağlığı məktubunda deyilir.
İ.Əliyev qeyd edib ki, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir və ona qarşı qətiyyətlə mübarizə aparılmasını vacib hesab edir
Prezident baş vermiş bu faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib. **