Müdafiə Sənayesi Nazirliyi Bakıda keçiriləcək “ADEX-2018” 3-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisində nazirliyin nüəssisələrində istehsal olunan 260-dan artıq adda məhsul təqdim edəcək. Bunu müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevbildirib.
“Sərgidə 260-dan artıq adda məhsulun təqdimatı planlaşdırılır. Onların arasında həm yeni, həm də modernləşdirilmiş məhsullar yer alır”, - Y.Musayevbu gün mətbuat konfransında qeyd edib.
Onun sözlərinə görə, həmçinin AMEA, DSX, həmçinin Hava Hücumundan Müdafiə (HHM)xidməti müdafiə sənayesi sahəsində özünün xidmət və məhsullarını təqdim edəcək.
Y.Musayevqeyd edib ki, 34 ölkənin rəsmi nümayəndə heyəti sərgidə iştirakını təsdiq edib. Onun sözlərinə görə, Qana, Cibuti və Monteneqronun nümayəndə heyətləri nazirlər, Bolqarıstan baş nazir səviyyəsində təmsil olunacaq.
Öz növbəsində “ITE group”un regional direktoru Edvard Stoun qeyd edib ki, şirkət sərgidə iştirak məqsədilə ABŞ müəssisələrin cəlb edilməsi üzərində iş aparır.
Mətbuat konfransında bildirilib ki, sərgidə Rusiya - 25, Türkiyə - 41, İsrail - 14, Belarus - 10 şirkətlə təmsil olunacaq.
Sərgidə ümumilikdə 29 ölkədən 225 şirkət iştirak edəcək, onlardan 11-i milli stend ilə təmsil olunacaq.
25-27 sentyabr tarixində “ADEX-2018” 3-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisikeçiriləcək.
“ADEX” Beynəlxalq Müdafiə sərgisi Bakıda 2014-cü ildən etibarən Azərbaycan prezidentinin hamiliyi ilə keçirilir. Sərginin təşkilatçısı Müdafiə Sənayesi Nazirliyidir. Sərgi iki ildən bir keçirilir. 2016-cı ildə sərgidə 34 ölkədən 216 şirkət iştirak edib. **
F.İsazadə