Əmlak Məsələləri Dövlət Komitəsi 23 oktyabrda keçiriləcək hərracda Göygöl Kardiorevmatoloji Sanatoriyanı özəlləşdirməyə çıxaracaq. Bu barədə Komitədən məlumat verilib.
“Oktyabrın 23-də dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac baş tutacaq. Xidmət sahəsində yüksək gəlir qazandıracaq əmlaklardan biri Göygöl Kardiorevmatoloji Sanatoriyadır. Obyektin ümumi sahəsi 1117,9 kv.metr təşkil edir”, - məlumatda qeyd olunur.
Hərraca ümumilikdə 170 dövlət əmlakı çıxarılıb. Onlardan 91-i kiçik dövlət müəssisə və obyekti, 47-si qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyəti, 9-u nəqliyyat vasitəsidir.
Özəlləşməyə çıxarılan qeyri-yaşayış sahələri paytaxtda, Sumqayıt, Şirvan, Mingəçevir, Sabirabad kimi şəhər və rayonlarda yerləşir. **
B.Rüstəmbəyov