Rusiya turoperatorları gələcəkdə balneoloji, çimərlik istirahəti və dağ-xizək sahələrində Azərbaycanda istirahətin inkişafı üçün yaxşı potensial görürlər. Bu braədə Rusiya Tur OperatorlarıAssosiasiyasının hazırladığı materialda qeyd olunur.
ALEAN turoperator məlumatına görə, hazırda Azərbaycanda sağlamlaşdırma səfərlərinə daha çox tələbat var (70%), ekskursiya turları ikinci yerdədir (30%). “Gələcəkdə balneoloji, çimərlik istirahəti və dağ-xizək sahələrində inkişaf üçün yaxşı potensial var”, - ALEAN-da hesab edirlər.
“Multitur” turoperatoru qeyd edir ki, Azərbaycana ekskursiya turları satış həcminə görə 1-ci terdədir. “Həmçinin sağlamlaşdırma və müalicəvi kurortlar da sabit satış həcmi təşkil edir”, - şirkətdən bildiriblər.
“Delfin” turoperatorunun baş direktoru Sergey Romaşkinin sözlərinə görə, bu il ekskursiya turlarının satışında illik ifadədə 15% azalma qeydə alınıb, lakin Naftalanda müalicəyə tələbat 20% artıb.
Həmçinin Rusiya tur operatorları qeyd edirlər ki, rusiyalıların bir hissəsi çimərlik istirahəti üçün Azərbaycana səfər edirlər. “Ancaq bu tələbata iki amil təsir edir: qısa mövsüm (mayın sonundan sentyabrın ortalarına qədər) və otel bazasının kiçik olması. Klassik anlamda sahilboyu çimərlik otellərin sayı azdır, onlar ço zaman yerli turistlər və ya müxtəlif festival və idman tədborlərinin qonaqları tərəfindən məşğul olur”, - “ICS Travel Group” turoperatorun PR direktoru Anna Filatovskaya bildirib.
Rusiya tur operatorları Azərbaycanda turizm infrastrukturunun inkişafını yüksək dəyərləndirirlər. “ANEX Tour”-da qeyd olunduğu kimi, Azərbaycan otellərində xidmətin keyfiyyəti Avropa ölkələrində olan xidmətdən geri qalmır. Bunu digər şirkətıərdə də təsdiq ediblər.
ALEAN-nın ekspertlərinin rəyinə əsasən, Azərbaycanda hökumət turizmin ikişafında böyük rol oynayır. “Hökumət hər il həm Bakı, həm də Azərbaycanın bölgələrində infrastrukturun yaxşılaşdırılmasına büdcə ayırır. Mehamanxana sənayesi xidmətin təkmilləşdirilməsi məqsədilə xarici ölkələrdən menecerlər cəlb edir, otel işçilərinin təsnifatının artırılması üçün təlimlər keçirilir. Azərbaycanın turizm sektorunun bu yaxınlarda fəal inkişafa başlamasına baxmayaraq, burada xidmət səviyyəsi lazımi səviyyədədir”, - turoperatorun nümayəndələri qeyd edirlər.
Eyni zamanda Rusiya turoperatorları hesab edirlər ki, Rusiyadan Azərbaycana turist axını qısamüddətli perspektivdə mühüm dərəcədə arta bilərdi. Onların təyinə görə, bunun üçün Rusiya bazarında istiqamətin asanlaşdırılmasını artırmaq və reklamı gücləndirmək lazımdır.
S.Romaşkinin fikrincə, Azərbaycana səfərlərdən çəkindirən əsas amil - Rusiya vətəndaşlarının bu ölkəyə xarici pasroptla gəlmələridir. “Azərbaycana səfər etmək üçün rusiyalılara viza tələb olunmur. Hazırda rusiyalıların ən çox 25%-nin xarici pasportu olduğundan, Azərbaycan bazarı mümkün turistlərin 75%-ni itirir”, - o qeyd edib.
Bundan başqa, media məkanında Azərbaycan fəal deyil. “Rusiya bazarında ölkə Gürcüstan və Ermənistanda rəqabət aparır. Həmin dövlərlər bu məsələdə daha fəaldır”, - S.Romaşkin hesab edir. Bu məsələdə onunla digər turoperatorlar da razıdırlar.
“Azərbaycana turist axının artımına mütəmadi aviadaşımaların artımı və aviadaşıyıcıların turoperatorlarla daha sıx əməkdaşlığı müsbət təsir edəcək”, - “Muzenidis Trevel”-dan Kosmas Setsidis qeyd edir. **
B.Rüstəmbəyov