“Vertoleti Rossii” holdinqi (“Rusiya helikopterləri”) “ADEX-2018” sərgisində Azərbaycana Rusiya texnikasına xidmət göstərilməsi məqsədilə ölkə ərazisində servis mərkəzi açmağı təklif edəcək. Bu barədə holdinqin mətbuat xidmətindən qeyd olunub.
“Sərgi zamanı tərəfdaşlarımıza gələcəkdə xidmət ilə birlikdə mülki və hərbi helikopterlərin yeni nümunələrini təklif etmək niyyətindəyik. O cümlədən, Azərbaycan ərazisində Rusiya istehsalı helikopterlər üçün servis mərkəzinin yaradılması məsələsini aktivləşdirməyi planlaşdırırıq”, - məlumatda holdinqin satışdan sonrakı xidmət üzrə baş direktoru İqor Çeçikovun sözlərindən sitat gətirilir.
“Vertoleti Rossii” sərgidə “Mi-38”, “Ansata”, həmçinin “Mi-35M” helikopterlərini təqdim edəcək.
Sentyabrın 25-də “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi açılıb. Sərgi sentyabrın 27-dək davam edəcək. Sərgidə Rusiya müdafiə sənayesi 25 şirkət ilə təmsil olunur. **
A.Əzizov