Oktyabrın ilk ongünlüyündə Azərbaycan üzrə ilk turoperator “TOUR A VENT” illik “road-şou”ya start verəcək.
“Oktyabrın 8-də Azərbaycan üzrə ilk turoperator “TOUR A VENT” illik “road-şou”ya start verəcək. Rusiyanın 4 şəhərində - Moskva, Kazan, Novosibirsk və Tümendə Azərbaycanda turizm imkanlarına həsr olunan tədbirlər keçiriləcək”, - Rusiyanın 100dorog.ru turizm portalı məlumat verir.
“Road-şou”nun keçirilməsində əsas məqsəd rusiyalı turistlər və turizm biznes seqmenti arasında Azərbaycanın bölgələrində turizmin inkişafıdır.
“Road-şou”da spikerlər qismində Azərbaycanın iri otel və otel şəbəkələri, həmçinin turizm şirkətlıərinin nümayəndələri çıxış edəcəklər. Onların arasında «Qafqaz» və «Hotels Group», sağlamlaşdırma turizmində ixtisaslaşan «PMD», “Pullman” oteli, qəbul edən «Silk way» və s. yer alıb. **
B.Rüstəmbəyov