Azərbaycan Avropa İnvestisiya Bankı ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı ilə bağlı geniş planlarla əlaqədar Avropa İnvestisiya Bankı ilə əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır”, - İ.Əliyev bu gün Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak ilə görüşdə bəyan edib.
Dövlət başçısı həmçinin TAP və TANAP layihələrinə verdiyi maliyyə dəstəyinə görə Avropa İnvestisiya Bankına təşəkkürünü bildirdi.
Öz növbəsində, V.Hudak Bakıda əməkdaşlığın gələcək imkanlarının müəyyənləşdirilməsi ilə bağlı keçiriləcək görüşlərin əhəmiyyətini qeyd etdi.
“Söhbət zamanı infrastruktur, alternativ enerji, kənd təsərrüfatı, ekologiya, özəl sektor, sənaye zonalarının fəaliyyəti ilə bağlı əməkdaşlıq ətrafında fikir mübadiləsi aparıldı”, - məlumatda vurğulanır. **
B.Rüstəmbəyov