Dünya Bankı əhalinin ali təhsil almaq imkanlarını genişləndirmək məqsədilə Azərbaycan hökumətinə bir sıra addımlar atmağı tövsiyyə edir.
Çərşənbə axşamı DB Avropa və Mərkəzi Asiya ölkələrində müxtəlif sosial qruplar və böyük qeyri-müəyyənliklə üzləşən çaklşanlara yardımın gösətilməsi arasında artan qeyri-bərabərlik problemin üzrə "Toward a New Social Contract" adlı məruzə dərc edib.
Hesabatda qeyd edilir ki, Azərbaycanda ötən əsrin 80-ci illərində anadan olan şəxslərin ali təhsil almaq imkanları 50-ci illərdə anadan olanlardan 40% aşağı olub.
Bundan başqa, Azərbaycanda şəhər və kənd rayonları arasında qeyri-bərabərlik Rusiya və Şərqi Avropanın əksər ölkələrində olduğundan daha güclüdür, baxmayaraq ki, Qafqazın digər ölkələrində bu göstərici aşağıdır. “İnsan kapitalının inkişafı və imkanlara çıxışın genişlənməsi daha geniş artıma səbəb olacaq”, - hesabat müəllifləri hesab edirlər.
DB-nin qiymətləndirmələrinə əsasən, Avropa və Mərkəzi Asiyada artan qeyri-bərabərlik problemlərinin həlli əmək, vergi və sosial siyasətin təkmilləşdirilməsini tələb edəcək.
Hesabat müəllifləri yeni iqtisdadi imkanlardan mənfəət əldə etməyə müvəffəq olanlar və çevikliyi daima aratan iqtisadiyyatın kənarında qalanlar arasında genişlənən uyğunsuzluğun aradan qaldırılması məqsədilə siyasətin əsas prinsiplərin təkrar baxılmasına çağırırlar. **
A.Əzizov